Bakı Şəhər İcra Hakimiyyətinin binası üzərindən asılmış Azərbaycanın dövlət bayrağı cırılıb. Binanın qarşısından hər gün keçən sakinlərin sözlərinə görə, artıq iki həftədir ki, bayrağımız bu vəziyyətdədir. «Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir». «Dövlət bayrağı haqqında» Qanunda belə deyilir. Əgər Qanuna əsaslansaq, o zaman, əslində Bakı şəhəri ərazisində bu kimi hadisələrin qarşısını almalı, yararsız hala düşən bayraqların dəyişdirməli olan Bakı şəhər İcra Hakimiyyətinin binası üzərindəki bayrağın belə vəziyyətdə olması həm də dövlət suverenliyimizə təhqirdir. "Artıq iki həftədir ki, bayrağımız bu vəziyyətdədir"